Rövnəq Abdullayev və Məcnun Məmmədov “Fibrotruck”un stendini ziyarət etdilər

17 İyun 2026
Rövnəq Abdullayev və Məcnun Məmmədov “Fibrotruck”un stendini ziyarət etdilər

Bakı Ekspo Mərkəzində, Marsol Group-un təşkilatçılığı ilə keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, ölkəmizin iqtisadi və sənaye sahələrinin inkişafında mühüm xidmətləri olan hörmətli cənab Rövnəq Abdullayev və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri hörmətli cənab Məcnun Məmmədov stendimizi ziyarət etdilər.

Qonaqlar şirkətimizin fəaliyyəti və həyata keçirdiyi layihələrlə yaxından tanış oldular, dəyərli tövsiyələrini bizimlə bölüşdülər və gələcək fəaliyyətimizdə uğurlar arzuladılar.

Göstərdikləri diqqət və marağa görə hörmətli cənab Rövnəq Abdullayevə və cənab Məcnun Məmmədova təşəkkürümüzü bildiririk.

Son Xəbərlər

WhatsApp